Ötən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 4% artıb

Ötən ay Ceyhan limanından dünya bazarlarına çıxarılan Azərbaycan neftinin həcmi 4% artıb
# 06 mart 2015 10:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində 2 345 024 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin fevral ayına nisbətən 4,1% çoxdur. Bu həcmin 1 630 350 tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 824 320 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən bu il mart ayının 1-ə qədər Ceyhan limanından 266 763 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR