ABŞ Konqresi Ukraynaya silah verilməsinə dair qətnamə qəbul edib

ABŞ Konqresi Ukraynaya silah verilməsinə dair qətnamə qəbul edib
# 07 oktyabr 2015 22:52 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresi 2016-cı ilin müdafiə xərclərinə dair qətnamə qəbul edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, layihədə Ukraynaya hərbi məqdəslər üçün 300 milyon dollar yardım edilməsi nəzərdə tutulub.

Sənəddə həmçinin rəsmi Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsi və müxtəlif silahların verilməsindən bəhs edilir. Bundan əlavə, qətnaməyə əsasən Ukrayna hərbçiləri və təhlükəsizlik strukturlarına təlim məqsədilə maliyyə vəsaitinin ayrılmasına icazə verilir.

Qeyd edək ki, Ağ Ev iUkraynaya silahların çatdırılmasına qarşı çıxır. Qanun layihəsinə Barak Obama tərəfindən veto qoyulacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR