Binə Ticarət Mərkəzindən oğurluq edən İran vətəndaşları həbs edilib

Binə Ticarət Mərkəzindən oğurluq edən İran vətəndaşları həbs edilib
# 03 sentyabr 2015 08:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda oğurluqla məşğul olan İran vətəndaşları tutulub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə Ticarət Mərkəzində qeydə alınıb. Ticarət mərkəzindəki mağazalardan birindən 1400 manat oğurlayan İran İslam Respublikasının vətəndaşları – 1947-ci il təvəllüdlü Fərzəndi Yusif oğlu Munir və 1971-ci il təvəllüdlü Yunis Abdin oğlu Namudar saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR