I Avropa Oyunları münasibəti ilə aşıq konserti keçiriləcək

I Avropa Oyunları münasibəti ilə aşıq konserti keçiriləcək
# 24 iyun 2015 10:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda keçirilən I Avropa Oyunları münasibəti ilə iyunun 25-də Heydər Əliyev Sarayında “Yaxşı ki, sən varsan, ay sədəfli saz!” adlı böyük aşıq konserti keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, konsertdə əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva və Ağamurad İsrafilov çıxış edəcəklər.

Nazirlikdən bildiriblər ki, tədbirdə Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu, İlham Aslanbəyli, Avdı Musayev, Dəmir Vəliyev və digər aşıqların da ifaları dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR