Bakı sakinin telefonunu oğurlamaqda şübhəli bilinən şəxs tutulub

Bakı sakinin telefonunu oğurlamaqda şübhəli bilinən şəxs tutulub
# 28 sentyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinin telefonunu oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xətai rayon Polis İdarəsi və 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, sentyabrın 26-da Nəsrəddin Tusi küçəsində Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Rəvan Babayev Bakı şəhər sakini Yaqub Mustafayevin mobil telefonuna baxmaq adı ilə alıb qaçarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR