Avropa İttifaqı Viktor Yanukoviç və onun yaxın ətrafına qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Viktor Yanukoviç və onun yaxın ətrafına qarşı sanksiyaların müddətini uzadıb
# 05 mart 2015 15:12 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının mətbuat xidmətinin bəyanatında deyilir. “Şura aktivlərin dondurulması və Ukraynanın qanunsuz mənimsənilmiş dövlət vəsaitlərinin qaytarılmasına yönəlmiş məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Avropa İttifaqı 2014-cü ilin martında V. Yanukoviçin, onun ailə üzvlərinin və Ukraynanın bəzi keçmiş dövlət məmurlarının Avropa banklarındakı vəsaitlərini dondurub. Ukraynanın yeni hakimiyyəti eks-prezidenti ümumilikdə 3 milyard dollar həcmində mənimsəmədə ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR