Bakıda daha bir neçə avtoxuliqan saxlanılıb - FOTO

Bakıda daha bir neçə avtoxuliqan saxlanılıb - <span style="color: red;">FOTO
# 14 mart 2015 10:17 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində avtoxuliqanlıqla məşğul olan şəxslər tutulub.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin əməkdaşları paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş halda və sənədsiz nəqliyyat vasitələrini idarə edən şəxsləri saxlayıb. Saxlanılanlardan 3-ü avtoxuliqan, 5-i sərxoş halda nəqliyyat vasitəsini idarə edən, 4-ü isə sənədsiz avtomobil idarə edən şəxslərdir.

Saxlanılan şəxslərin hamısı məhkəmənin qərarı ilə 1 il müddətinə avtomobili idarə etmək hüququndan məhrum ediliblər. Bundan başqa, onları 5 gündən 1 ay müddətinə qədər azadlıqdan məhrumetmə cəzası da gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR