Xəzərdə qanunsuz ovla məşğul olan 3 Azərbaycan vətəndaşına Rusiyada hökm oxunub - VİDEO

Xəzərdə qanunsuz ovla məşğul olan 3 Azərbaycan vətəndaşına Rusiyada hökm oxunub - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 07:11 (UTC +04:00)

APA-nın “astrakhan-24.ru” saytına istinadən verdiyi məlumata görə, onlar xüsusilə qiymətli su-bioloji ehtiyatların qanunsuz ovlanmasında günahkar sayılıb.

2014-cü ilin yazında azərbaycanlılar “Bayda” tipli kiçik gəmi ilə Xəzərin şimal hissəsinə gedərək ümumi uzunluğu 1408 metr olan 14 tor qurublar. Torlar sudan çıxarılarkən nərəkimilər növündən olan 486 balıq aşkarlanıb. Azərbaycan vətəndaşları bu qanunsuz fəaliyyətlə Rusiyaya 2 milyon rubldan çox zərər vurublar.

Qrupun təşkilatçısı 5,6 il azadlıqdan məhrum edilib. Digər hüquq pozucuları isə cəzalarını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Cinayət aləti dövlətin xeyrinə müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR