Səhiyyə Nazirliyi rezidenturaya qəbul olub qeydiyyatdan keçmiş şəxslərə müraciət edib

Səhiyyə Nazirliyi rezidenturaya qəbul olub qeydiyyatdan keçmiş şəxslərə müraciət edib
# 15 sentyabr 2015 09:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Səhiyyə Nazirliyi 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş və nazirlikdə qeydiyyatdan keçmiş şəxslərə müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbul olmuş və Səhiyyə Nazirliyində qeydiyyatdan keçmiş şəxslər 30 sentyabr 2015-ci il tarixinədək ali əsas tibb təhsili haqqında diplom, tərcümeyi-hal, sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçası (mövcud olduğu halda), dövlət sığorta şəhadətnaməsi (mövcud olduğu halda), soyad dəyişdirildiyi halda soyadın dəyişdirilməsi haqqında müvafiq sənəd və 2 ədəd 3 x 4 ölçüdə fotoşəkili təqdim etməli, əmək müqaviləsi bağlamaq üçün qəbul olduqları klinik bazalara müraciət etməlidirlər.

Klinik bazalarda rezidentura hazırlığı 1 oktyabr 2015-ci il tarixindən başlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR