“The Ethiopian Herald” qəzetində Bakı 2015 Avropa Oyunları ilə bağlı məqalə dərc olunub

“The Ethiopian Herald” qəzetində Bakı 2015 Avropa Oyunları ilə bağlı məqalə dərc olunub
# 02 iyul 2015 07:56 (UTC +04:00)

Bakı – APA. Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetində “Bakı 2015 möhtəşəm bağlanış mərasimi ilə başa çatdı” başlıqlı məqalə dərc olunub. Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, məqalədə 28 iyun 2015-ci il tarixində Bakı Olimpiya Stadionunda təşkil edilmiş möhtəşəm bağlanış mərasimi haqqında məlumat verilir.


Müəllif Bakı 2015 Avropa Oyunlarında 6 min idmançının iştirak etdiyini bildirir, qazanılmış medalların sayına görə Rusiya, Azərbaycan və Böyük Britaniyanın cədvələ başçılıq etdikləri qeyd olunur.

Yazıda məşhur Britaniya müğənnisi və musiqiçisi Con Nyuman və digər məşhurların ifasında stadiona toplaşmış tədbir iştirakçıları və 17 gün ərzində bütün dünyada Bakı 2015 Avropa Oyunlarının milyonlarla izləyicisi üçün möhtəşəm bağlanış mərasiminin keçirildiyi vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR