Ötən il AMB-nin ehtiyat fondundan Naxçıvanda 550 mln. manata yaxın nağd pul dövriyyəyə buraxılıb

Ötən il AMB-nin ehtiyat fondundan Naxçıvanda 550  mln. manata yaxın nağd pul dövriyyəyə buraxılıb
# 27 fevral 2015 08:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 548 mln. 136 min manat nağd pul dövriyyəyə buraxılıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Şərq qapısı” qəzetinə müsahibəsində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov deyib.

Onun sözlərinə görə, bu da əvvəlki il ilə müqayisədə 117 mln. 630 min manat azdır: “Bu isə onu göstərir ki, muxtar respublikada fəaliyyət göstərən bankların kassasına daxil olan nağd pulun həcmi artıb, xidmət olunan müəssisə və təşkilatların nağd pula olan tələbatı isə azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR