Müsavat və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək

Müsavat və KXCP Milli Şuranın mitinqində iştirak etməyəcək
# 02 aprel 2015 10:58 (UTC +04:00)

Müsavatın Divan üzvü Osman Kazımov APA-ya açıqlamasında partiyanın Milli Şuranın mitinqində iştirakla bağlı qərar vermədiyini bildirib. O qeyd edib ki, mitinqdə Müsavat üzvləri fərdi şəkildə qatıla bilərlər: “Bu məsələ partiya üzvlərinin öz ixtiyarına buraxılıb”.

KXCP sədrinin müavini Xəzər Teyyublu da APA-ya açıqlamasında mitinqə qatılmayacaqlarını deyib: “Milli Şura mitinqlə bağlı KXCP-yə müraciət etməyib. Ona görə də bu məsələ partiyada müzakirə olunmayıb”.

Qeyd edək ki, Milli Şura aprelin 5-də keçmiş “Məhsul” stadionunda qiymət artımına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR