İlin əvvəlindən "Azəriqaz" təbii qazdan istifadə qaydalarını pozan 1600-dən artıq şəxsə akt tərtib edib

İlin əvvəlindən "Azəriqaz" təbii qazdan istifadə qaydalarını pozan 1600-dən artıq şəxsə akt tərtib edib
# 07 iyul 2015 14:19 (UTC +04:00)

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görülmüş işlərin nəticəsidir ki, bu ilin yanvar-iyun aylarında birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı 1 602 əhali abonentinin, 23 qeyri-əhali abonentinin qaz təsərrüfatına müvafiq "qüsur aktı" tərtib olunub.

Tərtib olunmuş həmin aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 380 595 manat dəyərində dəymiş ziyan hesablanıb.

“Azəriqaz” İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR