Elman Rüstəmov: «Azərbaycanda nağd pul dövriyyəsində müsbət dəyişikliklər var»

Elman Rüstəmov: «Azərbaycanda nağd pul dövriyyəsində müsbət dəyişikliklər var»
# 10 aprel 2013 12:01 (UTC +04:00)

«APA-Economics»in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov vurğulayıb ki, ilk növbədə 100 manatlıq əsginasların xüsusi çəkisi azalır və paralel olaraq 50 və 20 manatlıq əsginasların payı artır. Mərkəzi Bank belə dəyişiklikləri müsbət qiymətləndirir və hesab edir ki, bu, nağd pul dövriyyəsini yaxşılaşdırır: «Əlavə olaraq Mərkəzi Bankın müşahidələrinə görə, ölkədə dəmir pulların həcmi və xüsusi çəkisi də artır ki, bu da müsbət hal hesab olunur».

Xatırladaq ki, bu il fevralın 1-dən ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyinin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 100 manatlıq əsginasların nağd məxarici üzrə 0,3% tarif müəyyən olunub.

E.Rüstəmov bəyan edib ki, beləliklə, bu addımın artıq müsbət nəticələri var və komissiya qüvvədə qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR