Cəlilabadda biri jurnalist olmaqla iki nəfərdən külli miqdarda narkotik tutulub - VİDEO

Cəlilabadda biri jurnalist olmaqla iki nəfərdən külli miqdarda narkotik tutulub - <span style="color: red;">VİDEO
# 31 mart 2015 09:21 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabadda biri jurnalist olmaqla iki şəxsdə külli miqdarda narkotik vasitə tutulub.

Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Cəbrayıl rayon sakini, 23 yaşlı Xanış Əli oğlu Qasımov və Beyləqan rayon sakini, 37 yaşlı Səbuhi Allahyar oğlu Ağalarov şübhəli şəxs qismində saxlanılıb. Onların üzərinə baxış keçirilərkən ümumi çəkisi 4 kiloqram 70 qram olan narkotik maddə, o cümlədən 2 kiloqram 135 qram heroin, 1 kiloqram 30 qram tiryək və 805 qram marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırmalardan saxlanılan Səbuhi Ağalarovun "Dedektivpress" adlı qəzetin şöbə müdiri olduğu müəyyənləşdirilib.


Faktla bağlı Cəlilabad RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, narkotik vasitənin hansı mənbədən əldə olunması istiqamətində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR