Komitə: “Avro-4” standartına cavab verməyən avtomobilləri Azərbaycana gətirərək satanlara qarşı tədbirlər görülür

Komitə: “Avro-4” standartına cavab verməyən avtomobilləri Azərbaycana gətirərək satanlara qarşı tədbirlər görülür
# 08 aprel 2015 09:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Avro-4” ekoloji standartına cavab verməyən nəqliyyat vasitələrini Azərbaycana gətirərək satışını təşkil edən şəxslərə qarşı müvafiq tədbirlər görülür.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

“Sərhəddə bəzi işbazlar köhnə, yəni “Avro-4” standartlarına cavab verməyən maşınları müvəqqəti gətirir Azərbaycana. Bundan sonra həmin nəqliyyat vasitələrinin ölkə ərazisində qeyri-rəsmi satışını təşkil edir”, - deyə komitə sədri bildirib.

A. Əliyev əlavə edib ki, işbazlar həmçinin Azərbaycan ərazisində həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrinin satışını da təşkil edir. “Buna qarşı da biz müvafiq tədbirlər həyata keçiririk”, - deyə o qeyd edib.

Komitə sədri onu da bildirib ki, ümumilikdə cari ilin 2 ayı ərzində Azərbaycana gətirilən nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR