Elçin Quliyev Əfqanıstan prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsini qəbul edib

Elçin Quliyev Əfqanıstan prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsini qəbul edib
# 23 may 2015 06:46 (UTC +04:00)

Bakı - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Azərbaycanda rəsmi səfərdə olan Əfqanıstan İslam Respublikası prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Mohammad Şaker Kargarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı DSX və Əfqanıstanın aidiyyəti qurumları arasında əlaqələrin inkişafı, o cümlədən beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər arasında sərhəd mühafizəsi və sərhəd nəzarəti məntəqələrinin fəaliyyəti sahəsində təcrübə mübadiləsi, əfqan hərbi qulluqçuları üçün tədrisin təşkili, müxtəlif ixtisas sahələri üzrə təlim və təkmilləşdirmə kurslarının həyata keçirilməsi, elecə də əfqan sərhədçilərinin DSX-nın tibb müəssisələrində müalicəsi və sağlamlıqlarının bərpası ilə bağlı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR