Putin Oxot dənizində qəzaya uğrayan gəminin heyət üzvlərinə maddi yardım göstərilməsi barədə tapşırıq verib

Putin Oxot dənizində qəzaya uğrayan gəminin heyət üzvlərinə maddi yardım göstərilməsi barədə tapşırıq verib
# 02 aprel 2015 11:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya prezidenti Vladimir Putin Oxot dənizində "Uzaq Şəqr" gəmisinin qəzaya uğraması nəticəsində zərər çəkmiş və həyatlarını itirmiş dənizçilərin ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident operativ şəkildə hadisə baş verən andan axtarış və xilasetmə əməliyyatının gedişi barədə məlumatlandırılır. Dövlət başçısı fövqəladə hallar naziri, Maqadan və Saxalin vilayətlərinin qubernatorlarına zərərçəkmiş şəxslərə tibbi yardımın göstərilməsi üçün lazımı şəraitin yaradılması barədə göstərişlər verib. Bundan başqa, prezident zərər çəkmiş və həyatlarını itirmiş dənizçilərin ailələrinə maddi yardımın göstərilməsi barədə də tapşırıq verib", - deyə Kremlin mətbuat katibi bildirib.

Qeyd edək ki, Oxot dənizində gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.

Gəminin heyəti arasında 7 nəfər azərbaycanlı da olub. Onlardan artıq 3 nəfərinin xilas olunduğu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR