Ermənilərin UNESCO-nun mənzil qərargahında “erməni soyqırımı” ilə bağlı sərgi təşkil etmək planı baş tutmayıb

Ermənilərin UNESCO-nun mənzil qərargahında “erməni soyqırımı” ilə bağlı sərgi təşkil etmək planı baş tutmayıb
# 18 mart 2015 14:37 (UTC +04:00)

Bakı – APA. Ermənilərin UNESCO-nun mənzil qərargahında “erməni soyqırımı” ilə bağlı “Müharibə qurbanları” adlı sərgi təşkil etmək planı növbəti dəfə baş tutmayıb.


APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Türkiyənin Fransadakı səfiri Hakkı Akıl ermənilərin bu istəklərini ürəklərində qoyub.

Diplomat UNESCO-nun baş direktoru İrina Bokovaya ünvanladığı məktubda ermənilərin qurumun iqamətgahında başqa ad altında “erməni soyqırımı” ilə bağlı sərgi təşkil etmələrinə qəti etirazını bildirib. O, ermənilərin 100 illiyini qeyd etməyə hazırlaşdıqları “soyqırımı”nın heç bir tarixi və qanuni əsası olmadığını, bunun Ermənistanın Türkiyəyə qarşı əsrlər boyu bəslədiyi nifrət hissinin təcəssümü olduğunu vurğulayıb.


Səfirin etirazını və əsaslı faktlarını nəzərə alan UNESCO rəhbərliyi martın 30-na planlaşdırılan sərginin təşkilinə icazə verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR