Hindistanın XİN rəhbəri İrana səfər edib

Hindistanın XİN rəhbəri İrana səfər edib
# 16 aprel 2016 20:15 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. Hindistanın xarici işlər naziri Suşma Surac bu gün Tehrana rəsmi səfərə gəlib. APA-nın Tehran bürosunun məlumatına görə, xanım S.Surac Tehranda İranlı həmkarı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə iki ölkənin əlaqələrini inkişaf etdirmək məqsədi ilə fikir mübadiləsi aparacaq.

Qeyd edək ki, ötən həftə Hindistanın enerji naziri Dharmendra Pradhan Tehrana səfər edib və İranın neft naziri Bijən Namdar Zəngənə və İran Mərkəzi Bankının sədri Vəliyullah Seyflə görüşüb. İki ölkə arasında əldə olunan razılığa əsasən, İran Hindistana neft satdığına görə pulu vahid Avropa valyutasında alacaq. İki ölkə arasında neft satışı ilə bağlı yeni müqavilələr imzalanıb. Hazırda İran Hindistana sutkada 350 min barel neft ixrac edir.

B. N. Zanqan bildirib ki, İrana qarşı sanksiyaların ləğvi ilə əlaqədar Hindistana neft ixracı artırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR