Belçika XİN: Aİ İranla nüvə proqramına dair sazişi reallaşdırmağa qadir olduğunu sübut etməlidir

Belçika XİN: Aİ İranla nüvə proqramına dair sazişi reallaşdırmağa qadir olduğunu sübut etməlidir
# 28 may 2018 11:08 (UTC +04:00)

"Gərək Avropa İttifaqı ABŞ-ın İranla imzlanmış nüvə sazişindən çıxmasından sonra belə nüvə proqramına dair sazişi reallaşdırmağa qadir olduğunu sübut etsin”.

APA-nın “RİA Novosti “Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Belçika xarici işlər naziri Didye Reynders Avropa İttifaqının Brüsseldə keçirilmiş iclasında deyib.

“Əgər biz irəli getmək istəyiriksə, onda sazişin reallaşmasına qadir olduğumuzu sübut etməliyik”, deyən nazir əlavə edib ki, Avropa İttifaqı hazırda sazişi qorumaq üçün İranla birgə işlər görür.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR