Azərbaycan Gürcüstana qaz ixracını azaldıb

 Azərbaycan Gürcüstana qaz ixracını azaldıb
# 21 may 2018 09:26 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstana 671 min 455,4 kubmetr qaz ixrac edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, ixrac olunmuş təbii qazın dəyəri 144 mln. 130,2 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan Gürcüstana qaz ixracı həcm baxımından 15 min 700,1 kubmetr və ya 2,2% azdır.

Məbləğ baxımından isə illik nisbətdə ixrac 7 mln. 762,9 min dollar və ya 5,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR