Yol polisinə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Yol polisinə xəsarət yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 03 mart 2016 13:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol polisinə ağır xəsarət yetirməkdə təqsirləndirilən Namiq Xanalıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə baxışı martın 10-a təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü il noyabrın 17-dən 18-nə keçən gecə baş verib. Yol polisi əməkdaşı Namiq Xanəliyevin idarə etdiyi "Toyota Prado" markalı avtomobili saxlayıb. Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və polisin əlini sıxıb. Bundan sonra o, avtomobili idarə etməyə başlayıb. Sonra sürücü hadisə yerindən uzaqlaşıb. Nəticədə polis ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılıb və Namiq Xanalıyev saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR