Bakıda 14 yaşlı məktəbli bıçaqlanıb - YENİLƏNİB

Bakıda 14 yaşlı məktəbli bıçaqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 26 fevral 2016 15:32 (UTC +04:00)

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Tairquliyeva APA-ya açıqlamasında bildirib ki, bıçaqlanma hadisəsi məktəbdən kənarda baş verib: “Dərsə gələrkən sinif yoldaşları arasında dava düşüb. Nəticədə məktəbli sinif yoldaşını bıçaqlayıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Saat 18.17

***

Bakı. Hafiz Heydərov – APA. Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbin şagirdi 14 yaşlı İlkin M. məktəb yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı şagird ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən məktəbli saxlanılıb.

Xəstəxanadan APA-ya bildirilib ki, bıçaq xəsarəti alan şagird əməliyyat olunub və hazırda vəziyyəti stabildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR