"Lisenziyalar və icazələr haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasının gündəliyindən çıxarılır

"Lisenziyalar və icazələr haqqında" qanun layihəsi Milli Məclisin plenar iclasının gündəliyindən çıxarılır
# 04 mart 2016 13:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin iclasın gündəliyindən çıxarılması təklif edilib.

"APA-Economics" xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.

Komitə sədri bunu lisenziya və icazələrə yenidən baxılması, icazələrin sayının azaldılması ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR