Putin Türkiyə və Rusiya milli komandalarının oyununa baxmaq üçün Antalyaya səfər etməyəcək

Putin Türkiyə və Rusiya milli komandalarının oyununa baxmaq üçün Antalyaya səfər etməyəcək
# 29 avqust 2016 14:45 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin avqustun 31-də futbol üzrə Türkiyə və Rusiya milli komandaları arasında keçiriləcək oyuna baxmaq üçün Antalyaya səfər etməyəcək.

APA-nın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatında V. Putinin futbol yarışına baxmaq üçün Antalyaya gələcəyi barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR