AZAL "Tour A Vent" şirkəti ilə əməkdaşlıq haqqında razılığa əldə edib

AZAL "Tour A Vent" şirkəti ilə əməkdaşlıq haqqında razılığa əldə edib
# 07 aprel 2016 14:58 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıda keçirilən AITF-2016 turizm sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada rəsmi turizm nümayəndəliyi olan "Tour A Vent" şirkəti ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edib.


AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, müqaviləyə əsasən, turizm şirkətinə AZAL aviaşirkəti tərəfindən yerinə yetirilən Kazan-Bakı-Kazan müntəzəm reysində yer bloku ayrılacaq.

Bundan əlavə, aviaşirkət və turizm şirkəti Ulyanovsk hava limanından Bakıya çarter reyslərin yerinə yetirilməsini razılaşdırıblar. Reyslər “Embraer” və ya “Airbus” hava gəmiləri ilə yerinə yetiriləcək.

"Mən çox şadam ki, bizim Rusiya regionlarındakı danışıqlarımız konkret nəticə verməyə başlayıb. AZAL aviaşirkəti Azərbaycana turistlərin cəlb edilməsi üçün xarici turizm şirkətlərinə yaxşı şərtlər təqdim etməyə hazırdır", - deyə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirib.

"Şirkətimizin əsas məqsədi Azərbaycan turizmini təbliğ və təşviq etməkdir. AZAL Rusiyanın müxtəlif regionlarına bir çox müntəzəm uçuşlar yerinə yetirir və mən əminəm ki, bizim sıx əməkdaşlığımız uzunmüddətli xarakter daşıyacaq", - deyə “Tour A Vent” şirkətinin Volqayanı filialının baş direktoru Yuliya Uba bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR