Ötən il Ali Məhkəmənin Cinayət və Hərbi Kollegiyalarında baxılan işlərin sayı açıqlanıb

Ötən il Ali Məhkəmənin Cinayət və Hərbi Kollegiyalarında baxılan işlərin sayı açıqlanıb
# 04 aprel 2016 09:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il Ali Məhkəmənin Cinayət Kollegiyasında 2609 nəfər barəsində 2307 iş, Hərbi Kollegiyasına isə 175 nəfər haqqında olan 154 cinayət işi icraatda olub.

APA-nın məlumatına görə, Ali Məhkəmənin 2015 ilə dair illik hesabatında qeyd edilib ki, Cinayət Kollegiyasına daxil olan 2609 nəfər haqqında 2307 işdən 2110 nəfər haqqında 1856 cinayət işi üzrə kassasiya şikayəti və protestinə baxılmaqla yekun məhkəmə qərarı çıxarılıb, 76 nəfər haqqında 76 iş baxılmamış saxlanılıb, 423 nəfər haqqında 375 iş baxılması üçün 2016-cı ilə keçirilib.

Hərbi Kollegiyada isə 154 cinayət işindən 151 nəfər haqqında 135 cinayət işinə yekun məhkəmə qərarı çıxarılmaqla baxılıb, kassasiya şikayəti üzrə 24 nəfər haqqında 19 cinayət işi isə 2016-cı ilə qalıq kimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR