Taliblər göyərtəsində Rusiya vətəndaşının olduğu helikopter heyətini girov götürüb

Taliblər göyərtəsində Rusiya vətəndaşının olduğu helikopter heyətini girov götürüb
# 04 avqust 2016 20:15 (UTC +04:00)

Bakı-APA. Pakistana məxsus “Mi-17” tipli helikopter Əfqanıstanın taliblərin nəzarət etdiyi Loqar əyalətində qəza enişi edib.

APA-nın “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, sərt eniş nəticəsində helikopterdə yanğın baş verib. Bəzi məlumatlara görə, helikopter taliblər tərəfindən yandırılıb.

Məlumatda 7 nəfərdən ibarət ekipajın sağ qaldığı qeyd olunur. Onların arasında Rusiya vətəndaşının olduğu bildirilir.

Pilotlar taliblər tərəfindən girov götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR