Samuxda maşın dirəyə çırpılıb, sürücü ağır xəsarət alıb

Samuxda maşın dirəyə çırpılıb, sürücü ağır xəsarət alıb
# 30 sentyabr 2016 23:32 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Nişad Nəsibov idarə etdiyi “VAZ2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan dirəyə çırpılıb.

Qəza zamanı xəsarət alan sürücü Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR