Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Aprel

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 20 Aprel
# 20 aprel 2016 18:15 (UTC +04:00)
GÜNÜN ŞƏRHİ

ABŞ-ın növbəti prezidentinin kim olacağı hələ məlum deyil. Növbəti dörd ildə Ağ Evdə yaşamağa potensial dörd namizəd var. Yeni prezident multimilyarder, respublikaçı Donald Tramp da ola bilər, son 20 ildə ölkənin siyasi həyatında mühüm rol oynamış demokrat Klinton da. Ağ Evə Nümayəndələr Palatasının sədri, respublikaçı Pol Rayan da köçə bilər, Hillari Klintona layiqli rəqiblik edən Berni Sanders də. Bir məsələ dəqiqdir, bu seçkilərin ABŞ tarixinə ilklərlə düşəcəyi ehtimalı çox böyükdür. Ölkəyə ilk dəfə olaraq qadın rəhbərlik edə bilər, ilk dəfə olaraq təmsil etdiyi partiyanın dəstəyindən məhrum olan namizəd də. ABŞ prezidenti kürsüsündə ilk dəfə olaraq ilkin seçkilərdə iştirak etməmiş namizəd də əyləşə bilər, seçkilərə müstəqil qatılmış iddiaçı da. Donald Tramp namizəd olmaq üçün qurultayda lazım olan 1237 səsi təmin edə bilməsə, respublikaçılar Nümayəndələr Palatasının sədri Pol Rayanı namizəd göstərəcəklər. Daha bir ehtimala görə, əgər Berni Sanders ilkin seçkilərin yekununda Hillari Klintona məğlub olsa, seçkilərə müstəqil namizəd kimi qatılacaq. Sanders bu addımı ilə ABŞ prezident seçkiləri tarixində ilklərdən birinə imza atmış olacaq. İndiki situasiyada namizədliyə adı keçən dörd iddiaçı arasında ən şanslı şəxs Donald Tramp hesab olunur, demokrat düşərgədə baş verənlər və baş verəcəklər Trampın lehinə inkişaf edir. Sonrakı şanslı namizədlər Pol Rayan, Hillari Klinton və Berni Sanders görünür. Bir məsələ dəqiqdir. Bu seçkilər sürprizlərlə zəngin olacaq. Darıxmayacağıq...

Vqar MƏSİMOĞLU
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR