Ərdoğan: "Minsk Qrupunun həmsədrləri ədalətli olsaydı, belə hadisələr baş verməzdi"

Ərdoğan: "Minsk Qrupunun həmsədrləri ədalətli olsaydı, belə hadisələr baş verməzdi"
# 02 aprel 2016 18:17 (UTC +04:00)

Bakı-APA. "Çox təəssüf ki, necə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün biz bu mənzərə ilə qarşı-qarşıya qaldıq".

APA-nın xəbərinə görə, bunu bu gün cəbhə xəttində baş vermiş gərginliyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

R. T. Ərdoğan qeyd edib ki, əgər Minsk Qrupuna həmsədrlik edənlər ədalətli, qərarlı bir şəkildə nəticə hasil edən addımlar atsaydılar, belə hadisələr baş verməzdi: "Amma təəssüf ki, Minsk Qrupu həmsədrliyinin zəif fəaliyyəti durumu bu həddə gətirdi. Azərbaycanlı qardaşlarıma Allahdan yardım niyaz edirəm. Üzülməyəcəyik. İnanırıqsa, mütləq üstünük. Gec-tez haqq yerini tapacaq".

Türkiyənin Azərbaycana edə biləcəyi yardımlarla bağlı suala cavabında R. T. Ərdoğan bildirib ki, Türkiyə əlindən gələni sonuna qədər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR