Dünya kuboku-2015: Şəhriyar Məmmədyarov 1/4 finalının birinci matçını heç-heçə başa vurub

Dünya kuboku-2015: Şəhriyar Məmmədyarov 1/4 finalının birinci matçını heç-heçə başa vurub
# 23 sentyabr 2015 18:23 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, yarışda çıxışını davam etdirən Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov Sergey Karyakini (Rusiya) sınağa çəkib.

Mərhələnin ilk matçında Ukrayna əsilli şahmatçıya qarşı ağ fiqurlarla mübarizə aparan qrossmeysterimiz bundan maksimum yararlana bilməyib.

Həmyerlimiz ilk oyunundan bərabərliklə ayrılıb.

Dünya Kuboku

1/4 final mərhələsi, ilk oyun

Şəhriyar Məmədyarov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR