AMEA Tarix İnstitutu və Kunstkamera arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Tarix İnstitutu və Kunstkamera arasında əməkdaşlıq müqaviləsi imzalanıb
# 11 mart 2016 11:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA A. A. Bakıxanov Tarix İnstitutu və Rusiya Elmlər Akademiyasının (REA) Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera) arasında elmi əməkdaşlıq haqda müqavilə imzalanıb. Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İnstitutun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində REA Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyinin (Kunstkamera) direktoru, tarix elmləri doktoru Yuri Kirilloviç Çistov ilə görüş keçirilib.

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Şimali Qafqaz və digər bölgələrinin elmi mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Tədbirdə deyilib ki, ki, Tarix İnstitutu Rusiya arxivləri ilə əməkdaşlıq edir. Daha sonra Tarix İnstitutu ilə Kunstkamera arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Qeyd olunub ki, Rusiyanın ilk muzeyi olan Kunstkamera Sankt-Peterburq şəhərində yerləşir və I Pyotr tərəfindən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR