Serqey İvanov: “Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri Qərb tərəfindən şişirdilir”

Serqey İvanov: “Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri Qərb tərəfindən şişirdilir”
# 19 oktyabr 2015 11:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Rusiya "Böyük səkkizlik"də (G8) iştirak üçün can atmır. Sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri isə Qərb tərəfindən şişirdilir".

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya prezident administrasiyasının rəhbəri Serqey İvanov bildirib. “Son sanksiyaların Rusiya iqtisadiyyatında törətdiyi fəsadlar çox şişirdilir. Əlbəttə, bu, bizim üçün müəyyən çətinliklər yaradır, lakin biz keçmişdə daha ciddi problemlərlə üzləşmişik”, - deyə S. İvanov söyləyib. Onun sözlərinə görə, Rusiyanı cəzalandırmaq mənasız və qeyri-effektivdir: “Burada yeni nə isə yoxdur. Romanovlar sülaləsi hakimiyyətdə olduğu zamanlarda da sanksiyalar, ticarət və maliyyə məhdudiyyətləri tətbiq ediblər. Və o zamankı məhdudlaşdırıcı tədbirlər indikindən də ağır olub”.

Rusiyaya qarşı hər zaman şübhə ilə yanaşıldığını deyən S. İvanov Moskvanın G8-ə qayıtmağa can atmadığını vurğulayıb: “G8 hazırda bəşəriyyətin üzləşdiyi ciddi problemləri həll etmək iqtidarında deyil".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR