Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı təsdiqlənib

Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların yeni siyahısı təsdiqlənib
# 23 iyun 2016 23:30 (UTC +04:00)

Bakı. Ramz Mikayıloğlu-apa. Nakzirlər Kabineti “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, Siyahıya büdcədən maliyyələşdirilən qurumlar (Dövlət Bayrağı Muzeyi və Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi və təsərrüfathesablı təşkilatlar (“Sahil Xidməti” MMC və “Dənizkənarı Milli Park” MMC daxil edilib.

Bununla əlaqədar ”Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 12 mart tarixli 76 nömrəli qərar ləğv edilib. Həmin qərara əsasən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına Dövlət Bayrağı Muzey, "Sahil xidməti" MMC və Kommunal xidmət, təmir və kompleksin mühafizəsi müəssisəsi daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR