BMT: Afrikanın cənubunda kütləvi aclıq gözlənilir

BMT: Afrikanın cənubunda kütləvi aclıq gözlənilir
# 19 oktyabr 2015 21:14 (UTC +04:00)

Bakı-APA. Afrikanın bir neçə subekvatorial ölkəsində məhsuldarlığın azalması yaxın aylarda kütləvi aclıqla nəticələnə bilər.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, BMT-nin məlumatında belə deyilir.

Xüsusən Malavidə əhalinin ərzaqla təminatında son dərəcə gərgin vəziyyət yaranıb. Zimbabvedə isə məhsuldarlıq keçən illə müqayisədə 50% aşağı düşüb.

Bəyanatda həmçinin vurğulanır ki, eyni zamanda Madaqaskarda şiddətli yağışlar daşqın və torpaq sürüşməsinə səbəb olub. “El Ninyo” adlı iqlim anomaliyasının güclənməsi növbəti ildə də məhsuldarlığa təsir göstərəcək”, məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR