İsrailin daxili işlər naziri seks qalmaqalı ilə bağlı istefa verib

İsrailin daxili işlər naziri seks qalmaqalı ilə bağlı istefa verib
# 21 dekabr 2015 13:14 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İsrail baş nazirinin müavini, daxili işlər naziri Silvan Şalom seks qalmaqalı ilə bağlı siyasətdən gedir.

APA-nın məlumatına görə, bu barədə İsrail televiziyası məlumat yayıb. Bildirilir ki, bir zorlama hadisəsində adı hallanan nazir hökumətdəki bütün vəzifələrdən və deputatlıqdan istefa vermək, siyasətdən tamamilə getməyə qərar verib. «Ailəmin mənə dəstəyi tamdır. Lakin səylərin mənası yoxdur”- deyə, telekanal nazirə istinadən bildirib. Silvan Şalom 23 il davam edən siyasi karyerasını başa vurub. O, bu müddətdə xarici işlər naziri, daxili işlər naziri, maliyyə naziri vəzifələrini daşıyıb. Onun prezidentlik postuna da namizəd olduğu bildirilir.

Qeyd edək ki, İsraildə 7 qadın daxili işlər nazirinin onlara qarşı seksual hərəkətlər etdiyini iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR