Avropa Komissiyası Brent neftinin orta qiymətini 35,8 dollaradək endirib

Avropa Komissiyası Brent neftinin orta qiymətini 35,8 dollaradək endirib
# 04 fevral 2016 11:35 (UTC +04:00)

Bakı - APA-Economics. Avropa Komissiyası 2016-cı il üçün Brent markalı neftin 1 barelinin orta qiymətini 54,2 dollardan 35,8 dollaradək endirib. "APA-Economics" xəbər verir ki, bu barədə Avropa Komissiyasının qış mövsümü üçün nəzərdə tutulmuş iqtisadi proqnozunda bildirilir.

Proqnoza əsasən, 2017-ci ildə Brent neftinin 1 barelinin orta qiyməti 42,5 dollar təşkil edəcək.

Komissiya bildirir ki, proqnozun dəyişməsinə səbəb yanvar ayı ərzində Brent neftinin ucuzlaşmağa davam etməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR