Azərbaycan Çelyabinskdə keçirilən orqan musiqi festivalında təmsil olunub

Azərbaycan Çelyabinskdə keçirilən orqan musiqi festivalında təmsil olunub
# 13 may 2016 14:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Çelyabinsk şəhərində orqan musiqi festivalı keçirilib.

APA-nın məlumatına görə, tədbir Rusiya mədəniyyət nazirliyinin dəstəyi ilə təşkil edilib.

Festivalda Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Ukrayna, Estoniya və Rusiyanın müasir ifaçıları öz yaradıcılıqlarını və məharətlərini nümayiş etdiriblər.

Proqramın əsasını klassik orqan musiqisi təşkil edib.

Azərbaycanı festivalda beynəlxalq müsabiqələr laureatı Natəvan Quliyeva təmsil edib. Proqrama N.Brunk, İ.Bax, F.Mendelson, Q.Qarayevin əsərləri salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR