Maltanın xarici işlər naziri: “Bu məsələ danışıqlar yolu ilə həll olunmalıdır”

Maltanın xarici işlər naziri: “Bu məsələ danışıqlar yolu ilə həll olunmalıdır”
# 29 aprel 2016 11:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Dünyanın istənilən yerində atəş həll yolu deyil. İstənilən yerdə bombaların tökülməsi qınanılan haldır”.

APA-nın məlumatına görə, bu sözləri Maltanın xarici işlər naziri Corc Vella azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, problemlər müzakirələr yolu ilə həll olunmalıdır: “Avropa İttifaqı ilə ATƏT üzvləri Dağlıq Qarabağda baş verən son hadisələrdən narahatdır. Davamlı sülh yolu ilə münaqişənin həllini dəstəkləyirik. Bu məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Tərəflər silahdan istifadəni dayandırmalıdır. Tərəflər arasında etimad tədbirlərinin güclənməsinə təkan verməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR