Əfqanıstanda NATO əsgəri öldürülüb

Əfqanıstanda NATO əsgəri öldürülüb
# 23 sentyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Əfqanıstanda silahlı hücum nəticəsində NATO əsgəri öldürülüb.

APA-nın məlumatına görə, bu barədə “Associated Press”in NATO-ya istinadən yaydığı xəbərdə deyilir.

Hadisə sentyabrın 22-də ölkənin şərqində, paytaxtdan 50 km aralıda yerləşən hərbi baza yaxınlığında baş verib. Hücumun təfərrüatları açıqlanmasa da, “Taliban” hərəkatı sosial şəbəkələrdə bəyanat yayaraq məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR