“Azərişıq”: Qışda abunəçilərin keyfiyyətli və dayanıqlı enerji ilə təminatı tam ödəniləcək

“Azərişıq”: Qışda abunəçilərin keyfiyyətli və dayanıqlı enerji ilə təminatı tam ödəniləcək
# 13 noyabr 2015 14:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “İnanıram ki, bu qış problem olmayacaq və qış nə qədər sərt olsa da, abunəçilərin keyfiyyətli və dayanıqlı enerji ilə təminatı tam ödəniləcək.

Bunu "APA-Economics"ə açıqlamasında bunu "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, “Azərişıq” ASC öz işini mövsüm olaraq görmür: “Əsas məqsədimiz abonentlərə 24 fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını təmin etməkdir. Bu il ilk dəfə qışı “Azərişıq” olaraq qarşılayacağıq. Bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin yaranmasının 9 ayı tamam olub. Cəmiyyət yarandığı gündən qısa müddət ərzində ən çox problem olan yerləri təftiş edib, nələrin dəyişdirilməli olduğunu öyrənib buna uyğun olaraq 4 bənddən inkişaf proqramı hazırlanıb”.

T. Mustafayev deyib ki, ilk proqram reabilitasiya proqramıdır: “Reabilitasiya proqramı çərçivəsində istismar müddətini tam başa vurmuş, çürümüş, köhnə xətlər, dayaqlar, transformatorlar yenilənib. Bu günə qədər 1 000-dən artıq komplekt transformator quraşdırılıb. İlin sonuna qədər daha 500 ədəd transformator istismara veriləcək. Bütün rayonlarda yeni yarımstansiyaların tikintisinə başlanılıb, köhnələri təmir olunub. Bütün xətlər, dayaqlar dəyişdirilib. Bu gün bu işlər yenə də davam etdirilir”.

Onun sözlərinə görə, qış mövsümünə hazırlıqla bağlı “Azərişıq” bütün rayon anbarlarında mal-material ehtiyatları yığıb: “İstər kabel xətləri, istər dayaqlar olsun, dağ rayonlarının yollarına uyğun olaraq maşın mexanizmləri və ehtiyatları ilə təchiz edilib. Çalışacağıq ki, problemlər olmasın, fasilələr yaranmasın. Zaqatala, Daşkəsən, Lerik, Quba, Qusar, İsmayıllı kimi dağ və dağətəyi rayonlarda yenidənqurma işləri aparılıb. Qışa tam hazırlıq görülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR