Rusiyanın Buryatiya Respublikasında Heydər Əliyevə abidə qoyulacaq

Rusiyanın Buryatiya Respublikasında Heydər Əliyevə abidə qoyulacaq
# 13 yanvar 2016 15:21 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Federasiyasının Buryatiya Respublikasında Heydər Əliyevə abidəsi qoyulacaq.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə “baikal-daily.ru” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Federasiya Şurasının Buryatiyadan olan üzvü Arnold Toloxonov Baykal Amur Magistralı (BAM) veteranları ilə görüş keçirib. Görüşdə BAM-da Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin sədr müavini Heydər Əliyevə abidə qoyulması təşəbbüsü müzakirə olunub. Müzakirələrin yekunu olaraq abidənin eskizinin hazırlanması, dövlət və bələdiyyə strukturları, Heydər Əliyevin ailəsi ilə razılaşdırılması, Rusiya XİN-ə Azərbaycandan açılış mərasimində iştirak etmək üçün nümayəndə heyətinin dəvət olunması ilə bağlı müraciət etmək qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR