Bakıda fərdi ev yanıb

Bakıda fərdi ev yanıb
# 30 noyabr 2015 22:53 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin otağında 1 ədəd televizor, kondisoner və digər ev əşyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR