Reklamçılar İttifaqının prezidenti: "Reklamlar aşağı səviyyədə dublyaj olunur"

Reklamçılar İttifaqının prezidenti: "Reklamlar aşağı səviyyədə dublyaj olunur"
# 09 mart 2016 12:19 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Televiziyalarda əsasən, xaricdən gələn reklamları dublyaj edirlər. Dublyaj olunan reklamlarda cümlələrin quruluşu düz deyil, musiqi mətnlə uzlaşmır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəli Atakişiyev reklamların dili ilə bağlı elmi-praktik konfransda çıxışı zamanı deyib. O bildirib ki, reklamda üslub qorunub saxlanmalıdır: Onun sözlərinə görə, reklamlar aşağı səviyyədə dublyaj olunur, artistlərin səsləri çox bayağı səslənir: “Reklamdakı uşaq rolunu böyük adam səsləndirir. Küçə reklamlarında da çoxlu səhv var. Bunu unutmaq olmaz ki, küçə reklamı şəhərin dilidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR