Nazir: "Bakı-Supsa Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi"

Nazir: "Bakı-Supsa Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi"
# 16 may 2016 08:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Bakı-Supsa Şərq-Qərb enerji dəhlizinin baza elementi olmaqla yanaşı, həm də, Azərbaycan və Gürcüstanın müstəqilliyinin əsaslarını möhkəmləndirdi". "APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Nazir bildirib ki, Bakı-Supsa kəməri istifadəyə verildiyi vaxtdan bu günədək bu boru kəməri ilə 76,3 mln. ton neft nəql olunub:

"Təbii ki, iqtisadi mənfəət də ixrac həcminin artmasına düz mütənasib olaraq artmışdır. Amma Bakı-Supsanın əhəmiyyətini yalnız maliyyə-iqtisadi göstəricilərlə müəyyənləşdirmək, zənnimizcə, onun missiyasını kiçiltmiş olardı. Azərbaycan və Gürcüstan nümunəsində bölgədə iki müstəqil dövlətin bu günə qədər qorunaraq daha da inkişaf etdirilən dostluq, strateji tərəfdaşlıq münasibətlərinin təməlini qoydu. Bu xətt Şərq-Qərb dəhlizinin təməl daşı olacaq və bütün Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək edəcəkdir. Bakı-Supsa Azərbaycanı dünya bazarına müstəqil marşrutla çıxaran və enerji təhlükəsizliyinə beynəlxalq dəstəyi təmin edən ilk kəmər oldu. Bakı-Supsa layihəsi ilə yaradılan Şərq-Qərb dəhlizinin sonradan transmilli layihələrlə genişləndirilməsi isə enerji resurslarının dünya bazarlarına təhlükəsiz marşrutlarla çatdırılmasını təmin etməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini gücləndirdi", - deyə N. Əliyev qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR