"Azərbaycan Dəmir Yolları" 11 elektrovozunu təmirə dayandırır

"Azərbaycan Dəmir Yolları" 11 elektrovozunu təmirə dayandırır
# 24 dekabr 2015 06:50 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan Dəmir Yolları” QSC 11 ədəd VL-11m seriyalı elektrovozların və 40 ədəd TL-2K1 tipli dartı mühərriklərinin əsaslı təmirinin satınalması üzrə açıq tender elan edir.

APA-Economics”in xəbərinə görə, tender 1 lot üzrə keçirilir. Tenderdə iştirak haqqı 300 ABŞ dollarıdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq təklif və bank təminatını gələn il fevralın 8-dək QSC-yə təqdim etməlidirlər.

Təkliflər 9 fevral 2016-cı il tarixində açılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR