UNECO-nun baş direktoru Bokovanın namizədliyi BMT-nin baş katibi vəzifəsinə irəli sürülüb

UNECO-nun baş direktoru Bokovanın namizədliyi BMT-nin baş katibi vəzifəsinə irəli sürülüb
# 10 fevral 2016 14:48 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Bolqarıstan UNESCO-nun baş direktoru İrina Bokovanın BMT-nin baş katibi vəzifəsinə namizədliyini irəli sürüb.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, Bolqarıstan XİN-in bununla bağlı məktubu BMT-nin Nyu-Yorkdakı iqamətgahına göndərilib.

Sənəddə qeyd edilir ki, İ. Bokova təcrübəsi nəzərə alınmaqla, bu posta ən uğurlu namizəddir.

Qeyd edək ki, İ. Bokova 2009-cu ildən BMT-nin elm, təhsil, mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-ya rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR