Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub - EKSKLÜZİV

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub - <span style="color: red;">EKSKLÜZİV
# 11 dekabr 2015 07:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yeni aparat rəhbəri təyin olunub.

APA-Economics”in xəbərinə görə, komitə sədri Ramiz Həsənovun müvafiq əmrinə əsasən bu vəzifəyə Arif Əşrəfov gətirilib. A. Əşrəfov noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilən Elçin Quliyevi əvəz edib. “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən E. Quliyevin fəaliyyətinə xitam verilib.

Maraqlıdır ki, A. Əşrəfov IV çağırış Milli Məclisin deputatı olub. Millət vəkili olmazdan öncə isə A. Əşrəfov adıçəkilən komitənin aparat rəhbəri vəzifəsinə çalışıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı “APA-Economics”ə faktı təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR